- Baxış sayı: 69
- 19 Oktyabr 2026 16:03
- Baxış sayı: 614
- Oktyabr 21, 2026
- 0

Azərbaycanın karateçisi Selcan Babayeva Belçikada keçirilən kyokuşin karate üzrə Avropa çempionatında uğur qazanıb.
Allsport.az xəbər verir ki, Azərbaycan karate federasiyasının (AKF) “Kyokuşin (KAY) senşi karate” üslubu üzrə milli komandasının üzvü qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
18 yaşadək idmançılar arasında 60 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Babayeva bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.