- Baxış sayı: 99
- 18 Noyabr 2026 19:58
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

Azərbaycan idmançıları Latviyada və Rusiyada keçirilən fullkontakt şinkyokuşin karate yarışlarında bir gümüş və iki bürünc medal qazanıblar.
Allsport.az xəbər verir ki, Latviyanın Riqa şəhərində təşkil olunan Avropa çempionatında U-21 yaş kateqoriyasında Zamin Fərəcov (75 kq) ikinci yeri tutaraq gümüş, Məhərrəm Əhmədov (65 kq) isə üçüncü yeri tutaraq bürünc medal əldə edib.
Rusiyanın Novosibirsk şəhərində keçirilən 34-cü Andrey Yakutov memorialı – beynəlxalq Şinkyokuşinkay Karate çempionatında isə Emin İsmayıllı 75 kq-dək çəki dərəcəsində bürünc medala sahib çıxıb.