- Baxış sayı: 33
- 02 Noyabr 2026 18:27
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Milli məclisin deputatı, Azərbaycan karate federasiyasının prezidenti Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Allsport.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 sentyabr 2026-cı il tarixli Sərəncamına əsasən, Ülvi Zahid oğlu Quliyev Azərbaycan respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə dövlət təltifinə layiq görülüb.
Ülvi Quliyev karate üzrə dünya və Avropa çempionu, VIII dan qara kəmər sahibidir. O, uzun illərdir ictimai-siyasi fəaliyyətlə yanaşı, Azərbaycan idmanının, xüsusilə karate növünün inkişafına töhfə verir və hazırda Azərbaycan karate federasiyasına rəhbərlik edir.