- Baxış sayı: 49
- 08 Noyabr 2026 19:46
- Baxış sayı: 381
- Noyabr 09, 2026
- 0

Azərbaycanın uşaq, yeniyetmə və gənc karateçiləri beynəlxalq turnirdə mübarizə aparacaqlar.
Allsport.az xəbər verir ki, komanda noyabrın 14-15-də Tbilisidə keçiriləcək beynəlxalq turnirində iştirak edəcək.
Yarışda ölkəmizi müxtəlif yaş və çəki kateqoriyalarında 34 idmançı təmsil edəcək. Nümayəndə heyətinə federasiya prezidentinin köməkçisi Vüsal Abdullazadə rəhbərlik edəcək.
Komandanın məşqçiləri Bəşir Mahmudov və İbrahim Heydərov olacaq. Mehman Əlirzayev və Murad Hacızadə isə turnirdə hakim qismində fəaliyyət göstərəcəklər.