Dünya çempionatında 4 medal

Dünya çempionatında 4 medal

Rumıniyada keçirilən 14-cü dünya çempionatında iştirak edən Azərbaycanın ənənəvi karate üzrə yığma komandası uğurlu çıxışı ilə yadda qalıb.

Allsport.az xəbər verir ki, yarışın ilk günündə yığmanın üzvü Salman Salmanov gənclər arasında kata üzrə dünya çempionu olub və iki qızıl medal qazanıb.

Çempionatın növbəti yarış günündə isə komandamızın daha iki idmançısı fəxri kürsüyə yüksəlib. Alışan Əzizov gənclər (18-20 yaş) arasında kumite yarışında, Anar Əlizadə isə yeniyetmələr (14-15 yaş) arasında kumitedə bürünc medal əldə edib.

Beləliklə, Azərbaycan millisi 14-cü dünya çempionatında indiyədək 2 qızıl və 2 bürünc medal qazanıb.

Yığma komanda dünya çempionatına ənənəvi karate üslubunun rəhbəri, 8-ci dan qara kəmər sahibi Əhməd Əfəndi və baş məşqçi Bəhram Hətəmovun rəhbərliyi altında hazırlaşıb.

Həmin kateqoriyadan