- Baxış sayı: 33
- 26 Oktyabr 2026 13:31
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

Bakıda 200-dən çox xanım idmançının iştirakı ilə karate seminarı təşkil olunub.
Allsport.az xəbər verir ki, Azərbaycan karate federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirə VKF üzrə Avropa çempionu Mədinə Sadıqova da qatılıb.
Seminarda yeniyetmə, gənc və böyüklər yaş qruplarını təmsil edən 200-dən çox karateçi iştirak edib. Açılış mərasimində Azərbaycan karate federasiyasının prezidenti Ülvi Quliyev, qurumun idarə heyətinin üzvləri, media nümayəndələri və idman ictimaiyyətinin təmsilçiləri yer alıblar.
Tədbirin əsas məqsədi Azərbaycanda qadın karatesinin inkişafına dəstək vermək, bu idman növünün xanımlar arasında kütləviliyini artırmaq, eləcə də müxtəlif yaş qruplarından olan idmançılar arasında təcrübə mübadiləsini və əməkdaşlığı gücləndirmək olub.
Seminar çərçivəsində iştirakçılar beynəlxalq yarışlarda uğur qazanan Mədinə Sadıqovanın təcrübəsindən yararlanmaq imkanı əldə ediblər. Həmçinin xanımların idmanda fəal iştirakının təşviqi, sağlam həyat tərzi, nizam-intizam, qarşılıqlı hörmət və komanda ruhunun gücləndirilməsi məsələlərinə diqqət yetirilib.
Azərbaycan karate federasiyası qadın karatesinin inkişafı, istedadlı idmançıların üzə çıxarılması və gənc nəslin idmana cəlb olunması istiqamətində tədbirləri davam etdirməyi planlaşdırır.