- Baxış sayı: 41
- 25 Aprel 2025 13:31
- Baxış sayı: 79
- Aprel 25, 2025
- 0
8-9 martda Eyndhoven şəhərində taekvondo üzrə 52-ci açıq Niderland çempionatı, martın 15-də isə Lommel şəhərində açıq Belçika çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, yarışlarda Azərbaycanı 22 taekvondoçu təmsil edəcək.
İdmançılar böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məhəmməd Abdullayev, böyük məşqçi Elnur Amano və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında mübarizə aparacaqlar.
Turnirlərdə Azərbaycanı beynəlxalq dərəcəli referi Aygül Abdullayeva hakim kimi təmsil edəcək.