2 həmyerlimiz Avropa taekvondo birliyində təyinat aldı

Avropa taekvondo birliyinin müxtəlif komitələrinə seçimlərin nəticələri elan olunub. Allsport.az saytı xəbər verir ki, qurumun prezidenti Sakis Praqalos tərəfindən Azərbaycan taekvondo federasiyasının baş katibi Aygül Abdullayeva hakimlər komitəsinin üzvü, mətbuat katibi Aysel Sultanova media komitəsinin müavini təyin olunub.

ATF tərəfindən namizədliyi irəli sürülən hər iki nümayəndənin ATB komitələrində yer alması Azərbaycan taekvondosuna göstərilən etimadın göstəricisidir. Təyinatlar 2027-ci ildə keçiriləcək baş assambleyasının iclasınadək qüvvədə olacaq.

Həmin kateqoriyadan