- Baxış sayı: 147
- 18 İyun 2026 18:26
- Baxış sayı: 90
- İyun 26, 2026
- 0

Kamandan oxatma üzrə Bakı şəhər kubokunun ikinci mərhələsinə yekun vurulub.
Allsport.az xəbər verir ki, gərgin mübarizə şəraitində baş tutan turnirdə böyüklər və U-15 kateqoriyaları üzrə qaliblər müəyyənləşib. Böyüklər arasında qadınların yarışında Yaylagül Ramazanova birinciliyi qazanıb. Lalə Əbdürəhmanova ikinci, Fatimə Hüseynli isə üçüncü yeri tutub.
Kişilərin mübarizəsində Nurlan Rəhimli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sərdar Vəliyev gümüş, Məhəmmədəli Əliyev isə bürünc medala sahib olub.
U-15 kateqoriyasında qızlar arasında Sona Rüstəmli qalib adını qazanıb. Məryəm İbrahimli ikinci, Banu Məmmədova üçüncü olub. Oğlanların yarışında isə Məhəmməd İsmayılov qızıl, Əli Məmmədov gümüş, Saleh Məmmədli bürünc medala yiyələnib.