Ölkə birinciliyində kimlər fərqləndi?

Hövsan olimpiya idman kompleksində kamandan oxatma üzrə ölkə birinciliyi sona yetib. Allsport.az saytı xəbər verir ki, U-18 kateqoriyasında Zəhra Carçılı və Nurlan Rəhimli 1-ci, Sümeyyə Bədəlli və Sərdar Vəliyev 2-ci, Yağmur Qurbanlı və Hüseyn Məhərrəmov 3-cü olublar.

U-21-də Fatimə Hüseynli və Əli Qənbərli qızıl, Aliyə Əliyeva və Anar Cavadzadə gümüş, Kseniya Butrik və İslam İsmayılov bürünc medal qazanıblar.

Ölkə birinciliyinin U-15 dərəcəsində Sona Rüstəmli və Məhəmməd İsmayılov 1-ci yeri tutublar. Məryəm İbrahimli və Əhməd İsmayılov 2-ci, Banu Məmmədova və Saleh Məmmədli 3-cü sırada qərarlaşıblar.

Həmin kateqoriyadan