- Baxış sayı: 56
- 09 Avqust 2026 14:16
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

Azərbaycan kamandan oxatma federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə çempionatı və kubok yarışları yekunlaşıb.
Allsport.az xəbər verir ki, Binə atçılıq mərkəzində baş tutan yarışda U-15, U-18 və böyüklər kateqoriyalarında ölkənin ən güclü oxatanları mübarizə aparıblar.
U-15 yaş qrupunda Selcan Məmmədli və Məhəmməd İsmayılov qızıl, Məryəm İbrahimli və Saleh Məmmədli gümüş, Zeynəb Abdullayeva və Əhməd İsmayılov isə bürünc medal qazanıblar.
U-18 kateqoriyasında Sümeyyə Bədəlli və Sərdar Vəliyev bütün rəqiblərini üstələyərək çempion olublar. Şəms Heybətova və Zahid Kazımzadə gümüş, Zəhra Carçılı və Hüseyn Məhərrəmov isə bürünc medala layiq görülüblər.
Böyüklər arasında Fatimə Hüseynli və Nurlan Rəhimli ölkə çempionu adını qazanıblar. Lalə Əbdürəhmanova və Əli Qənbərli ikinci, Svetlana Simonova və Amiran Morozeviç isə üçüncü olublar.
Yarışın sonunda qaliblərin mükafatlandırma mərasimi keçirilib. İdmançılara medal və mükafatlar təqdim olunub.