Avropa turnirlərində iştirak edə biləcəklər

Avropa turnirlərində iştirak edə biləcəklər

Avropa oxatma federasiyası (VAE) rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakına qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Allsport.az xəbər verir ki, icraiyyə komitəsinin qəbul etdiyi qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bununla da Rusiya oxatma federasiyasının idmançıları, komandaları və rəsmiləri VAE-nin himayəsi altında keçirilən yarışlarda iştirak edə biləcəklər.

2026-cı ilin avqustunda dünya oxatma federasiyası rusiyalı idmançılara milli bayraq və himn altında çıxış etmək hüququnu qaytarıb. Lakin həmin qərar Avropa federasiyasının təşkil etdiyi yarışlara şamil olunmurdu.

Həmin kateqoriyadan