- Baxış sayı: 63
- 29 Oktyabr 2026 16:56
- Baxış sayı: 141
- Oktyabr 25, 2026
- 0

Azərbaycanın kamandan oxatma üzrə milli komandası Süleymaniyyədə keçirilən Asiya kubokunun ikinci mərhələsini iki medalla başa vurub.
Allsport.az xəbər verir ki, yığmamız beynəlxalq yarışı bir qızıl və bir gümüş medalla tamamlayıb.
Qadınlardan ibarət komandamızın heyətində Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova çıxış ediblər. İdmançılarımız finalda Qazaxıstan yığmasını 5:4 hesabı ilə məğlub edərək qızıl medal qazanıblar.
Qarışıq komanda yarışlarında isə Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev finala yüksəliblər. Həlledici görüşdə İran təmsilçilərinə uduzan idmançılarımız gümüş medala sahib olublar.