Kamandan oxatanlar rəsmi açılışda

Kamandan oxatanlar rəsmi açılışda

Binə atçılıq mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun rəsmi açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycan kamandan oxatma federasiyasının baş katibi Fərid Xəlilov, “Xəzər” gənclər evi sosial xidmət müəssisəsinin direktoru Pərvin Şirvani və gənclər və idman nazirliyinin strateji təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva çıxış edərək idmançıları salamlayıb, onlara mübarizə əzmi və uğurlar arzulayaraq yarışı rəsmi şəkildə açıq elan ediblər.
​Çempionatın gedişatını Azərbaycan respublikası atçılıq federasiyasının prezidenti Elçin Quliyev də izləyib.

Yüksək təşkilatçılıq və böyük maraqla davam edən yarışda U-18 kateqoriyası üzrə idmançılar 60 metr, böyüklər isə 70 metr məsafədə mübarizə aparıblar. Gərgin keçən gedişatın nəticələrinə əsasən, yarımfinal mərhələsinə vəsiqə qazanan idmançıların adları bəlli olub. Qızlarda qızıl medal uğrunda Sümeyyə Bədəlli ilə Şəms Heybətova, bürünc medal uğrunda isə Yağmur Qurbanlı ilə Zəhra Carçılı qarşılaşacaqlar. Oğlanların mübarizəsində 1-ci yer üçün Sərdar VəliyevZahid Kazımzadə, 3-cü yer uğrunda isə Cəmil NovruzovHüseyn Məhərrəmov məharətlərini göstərəcəklər.

Qadınlarda çempionluq uğrunda Fatimə HüseynliLalə Əbdürəhmanova, bürünc medal uğrunda Svetlana SimonovaYaylagül Ramazanova hədəfi nişan alacaqlar. Kişilərin yarışında qızıl medal uğrunda Nurlan RəhimliƏli Qənbərli, bürünc mükafat uğrunda isə Salman DadaşovƏmiran Morozeviç mübarizə aparacaqlar.

Həmin kateqoriyadan