Asiya kubokunda qızıl medal

Asiya kubokunda qızıl medal

Azərbaycanın qadınlardan ibarət kamandan oxatma yığması Süleymaniyyədə keçirilən Asiya kubokunun ikinci mərhələsində qızıl medal əldə edib.

Allsport.az xəbər verir ki, oktyabrın 24-dən 29-dək təşkil olunan yarışda 19 ölkədən 120 idmançı iştirak edib.

Komanda yarışlarında ölkəmizi təmsil edən Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova finalda Qazaxıstan yığmasını 5:4 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Azərbaycan təmsilçiləri qarışıq komanda yarışlarında da medal qazanıblar. Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev finalda İran yığması ilə qarşılaşaraq gümüş medala sahib olublar.

Beləliklə, Azərbaycan yığması turnirin ikinci mərhələsini bir qızıl və bir gümüş medalla başa vurub.

Yarış ümumdünya kamandan oxatma federasiyasının rəsmi təqvimində yer alan dünya reytinq turniri statusuna malikdir.

Həmin kateqoriyadan