- Baxış sayı: 22
- 21 İyul 2026 19:58
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

Azərbaycan kamandan oxatma federasiyası ilk dəfə idman jurnalistləri arasında yarış təşkil edib.
Allsport.az xəbər verir ki, 22 İyul – milli mətbuat gününə həsr olunan yarışda 17 media qurumunu təmsil edən 27 jurnalist (10 qadın, 17 kişi) iştirak edib.
Media nümayəndələrinin kamandan oxatmaya marağının artırılması, həmçinin dəqiqlik, səbir və konsentrasiya bacarıqlarının inkişafı məqsədilə keçirilən yarışda iştirakçılar 10 metr məsafədən hədəfi dəqiq vurmaq uğrunda mübarizə aparıblar.
Təsnifat mərhələlərindən sonra keçirilən finalda kişilər arasında Ayaz Qurbanov (Fləşskor.kom) birinci, Elvin Camalov (Bakı-baku.az) ikinci, Əfqan Həbibov (Aktiv layf qrup) isə üçüncü yeri tutub.
Qadınların yarışında Ülviyyə Sabirqızı (Nəzər.Media) qalib olub. Fəxriyyə Qarayeva (90dəqiqə.az) ikinci, Gülnarə Sadıxova (Real TV) isə üçüncü pillədə qərarlaşıb.
Yarışın sonunda qaliblərə diplom, medal və xüsusi hədiyyələr təqdim edilib. Mükafatları qadınlar arasında qaliblərə Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat katibi Aynur Hüseynova, kişilər arasında mükafatçılara isə federasiyanın şöbə müdiri Kamran Həsənzadə təqdim edib.