Gənc oxatanlarımız Avropa çempionatında mübarizə aparacaq

Gənc oxatanlarımız Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın kamandan oxatma üzrə gənclərdən ibarət milli komandası növbəti nüfuzlu beynəlxalq yarışda iştirak edəcək.

Allsport.az xəbər verir ki, yığmamız iyulun 20-26-da Romada keçiriləcək gənclərin Avropa çempionatında qüvvəsini sınayacaq.

Qitə birinciliyində Azərbaycanı Fatimə Hüseynli, Zəhra Carçılı, Nurlan Rəhimli və Sərdar Vəliyev təmsil edəcəklər. Oxatanlarımız fərdi və qarışıq komanda yarışlarında 60 və 70 metr məsafələrdə mübarizə aparacaqlar.

Milli komanda hazırda yarışa hazırlıq məqsədilə Şəki olimpiya idman kompleksində təlim-məşq toplanışını davam etdirir.

Avropa çempionatında yığmamıza məşqçilər Leyla Fazilova və Fuad Allahverdiyev rəhbərlik edəcəklər.

Həmin kateqoriyadan