Ölkə superkuboku keçiriləcək

Ölkə superkuboku keçiriləcək

Oktyabrın 18-də Binə atçılıq mərkəzində böyüklər arasında Azərbaycan superkuboku keçiriləcək.

Allsport.az xəbər verir ki, açıq havada, 70 metr məsafədə baş tutacaq yarışda ölkənin ən reytinqli 8 oxatanı qələbə uğrunda mübarizə aparacaq.

Azərbaycan kamandan oxatma tarixində ilk dəfə qadın və kişi idmançılar birgə yarışacaq. Yarışda kişilərdən Məhəmmədəli Əliyev, Sərdar Vəliyev, Hüseyn Məhərrəmov və Nurlan Rəhimli, qadınlardan isə Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva mübarizə aparacaqlar.

Həmin kateqoriyadan