- Baxış sayı: 59
- 20 Sentyabr 2026 10:38
- Baxış sayı: 184
- Sentyabr 17, 2026
- 0

Kamandan oxatma üzrə Bakı çempionatı yekunlaşıb. Allsport.az xəbər verir ki, U-15 oğlanlar arasında Məhəmməd İsmayılov qızıl, Əli Məmmədov gümüş, Əhməd İsmayılov bürünc medal qazanıb. Qızlarda isə Banu Məmmədova birinci, Sona Rüstəmli ikinci, Məryəm İbrahimli üçüncü olub.
Böyüklər arasında kişilərin yarışında Salman Dadaşov qızıl, Hüseyn Məhərrəmov gümüş, Sərdar Vəliyev bürünc medal əldə edib. Qadınlarda Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Şəms Heybətova isə bürünc medala sahib çıxıb.
U-15 idmançıları 40, böyüklər isə 70 metr məsafədən yarışıb. Qaliblərə medalları Azərbaycan kamandan oxatma federasiyasının baş katibi Fərid Xəlilov və Bakı şəhər gənclər və idman idarəsinin nümayəndəsi Cəlil Əlizadə təqdim ediblər.