Ölkənin ən güclüləri öz məharətlərini göstərəcəklər

Ölkənin ən güclüləri öz məharətlərini göstərəcəklər

7–9 avqustda Binə atçılıq mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, ilin ən mühüm idman yarışlarından biri olan bu rəqabətdə 50-yə yaxın idmançı mübarizə aparacaq. İdmançılar U-15 kateqoriyasında 40 metr, U-18-də 60 metr, böyüklərdə 70 metr məsafədən hədəfi dəqiq vurmaq üçün bacarıqlarını nümayiş etdirəcəklər.

Proqrama əsasən, 7 avqustda idmançıların sınaq atışları və məşqləri keçiriləcək, ayın 8-ində əsas təsnifat və seçmə yarış mərhələləri baş tutacaq. 9 avqustda final görüşləri ilə qaliblər müəyyənləşəcək.

​Yarışın yekununda fərqlənən və fəxri kürsüyə yüksələn idmançılar müvafiq medallar, diplomlar və Azərbaycan kamandan oxatma federasiyası tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.

Həmin kateqoriyadan