- Baxış sayı: 89
- 12 May 2025 19:30
- Baxış sayı: 89
- May 12, 2025
- 0
Azərbaycan güləş federasiyası bölgələrdə kütləviliyi artırmaq üçün bu ildən müxtəlif yaş qrupları üzrə ölkə birinciliklərini paytaxtdan kənarda təşkil etdi. Allsport.az saytı xəbər verir ki, klublarda və cəmiyyətlərdə canlanma yeni istedadların üzə çıxmasına şərait yaradıb.
Hakimlərimiz də boş dayanmırlar, daim öz üzərlərində çalışıb statuslarının artırılmasına can atırlar. Ötən ay Gəncədə keçirilmiş 15 yaşlıların Azərbaycan birinciliyini idarə edənlər arasında beynalxalq dərəcəsi olan bir yerli hakim – Qədim Qurbanov da vardı.
Tamaşaçılar onu fəxrlə qarşılayıblar. 41 yaşlı referi yaxın gələcəkdə kateqoriyasını daha yüksəltmək niyyətindədir.