“Sərhədçi” və “Polad” ortaq zirvədə

Peşəkar çövkən liqasında 4-cü tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, günün ilk oyununda çempionluğa iddialı “Elite” ilə autsayder “Şamaxı” qarşılaşıb. Bakı klubu aşkar favorit sayılsa da, əyalət təmsilçisi duruş gətirə bilib (0:0).

“Elite” komandasının büdrəməsi “Sərhədçi” və “Polad” üçün göydəndüşmə olub. Adı 2-ci çəkilən klub “Zəfər”i 2:0 yenib. “Sərhədçilər” isə eyni hesabla “Buta Qolden”i üstələyiblər.

“Xəzər” – “Embavud” oyununda 2-lərin aşkar oyun üstünlüyü hesabda da əksini tapıb – 6:1. “Atilla” komandası ötən turda olduğu kimi, bu dəfə də oyuna çıxmadığı üçün “Omar” texniki qələbə verilib.

4 turdan sonra turnir cədvəlinə 12 xalla “Polad” və “Sərhədçi” komandaları başçılıq edir. “Elite” 10 xalla 3-cü pillədədir.

Bombardirlərin yarışında 10 topla Şəfayət Budaqov (“Polad”) öncüllük edir. Onun komanda yoldaşı Samir Pirimov 8 qolla 2-cidir.

Həmin kateqoriyadan