ABL-də yarımfinalçılar bəllidir

Azərbaycan basketbol liqasında 1/4 final oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, günün ilk oyununda “Neftçi” əlavə vaxtın sonunda NTD üzərində 102:97 qələbə qazanıb. Bu qələbə ilə “ağ-qaralar” sıralamada 2:1 qalib gəlib və yarımfinala vəsiqəni rəsmiləşdirib.

Yarımfinalda bayraqdarın rəqibi “Şəki” klubunu ümumi hesabda 2:0 üstələyən “Abşeron Lions” olub. Günün 2-ci görüşündə “Ordu” və “Gəncə” klubları qarşılaşıblar. Oyun əyalət təmsilçisinin 88:78 qələbəsi ilə bitib. “Sarı-göylər” cəmdə 2:1 qalib gəlib və yarımfinalda “Naxçıvan”ı 2:0 məğlub edən son çempion “Sabah” a rəqib olub.

Yarımfinalda ilk oyunlar 22-23 apreldə keçiriləcək. Reqlamentə əsasən seriyalarda ən tez 2 qələbə qazanmış klublar finala vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan