- Baxış sayı: 38
- 21 Aprel 2026 11:34
- Baxış sayı: 319
- Aprel 20, 2026
- 0

Novak Cokoviç ATP reytinqinin ilk 5-liyində ən çox həftə rekordunu qırıb. Allsport.az saytı xəbər verir ki, 38 yaşlı idmançı hazırda dünyada 4-cü yerdədir. Dünən serbiyalı tennisçinin ilk 5-likdə karyerasının 860-cı həftəsi olub.
Bu göstərici Rocer Federerin 859 həftəlik rekordunu üstələyir. Rafael Nadal ilk 5-likdə 837 həftə ilə üçüncü ən uzun müddətə malikdir.
Cokoviç 428 həftə, Federer 310 həftə və Nadal 209 həftə dünya 1-si kimi çıxış edib.
Reytinqin ilk 10-luğunda vaxt baxımından Cokoviç (939 həftə) hazırda Federerin 968 həftəsindən geridədir.