“Çempionlar” turnirində neçə çempionumuz oldu?

Antalya şəhərində gənc güləşçilərin “Çempionlar” turniri sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışda 20 ölkədən 800 idmançı iştirak edib. Milli komandalarımız bu sınaqdan da üzüağ çıxıblar.

Allsport.az saytı xəbər verir ki, “sərbəstlər”də Hacı Kərimov (70 kq) hamını üstələyib. Bəşir Verdiyev (65 kq) ilə Yusif Dursunov (125 kq) gümüşlə kifayətləniblər. Məhəmməd İsmayılov (57 kq), Nurlan Ağazadə (74 kq) və Məhəmməd Qandəmirov (125 kq) bürünc medal qazanıblar.

Yunan-Roma güləşində Tural Əhmədov (63 kq) və Roman Kərimov (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavidan Nəhmətov (77 kq) və Orxan Hacıyev (87 kq) finalda yeniliblər. Murad Əliyev (67 kq) ilə Abdullah Həsənov (87 kq) 3-cü yer tutublar.

Qızlarda Esra Məmmədli (53 kq) bürünc mükafata yetişib.

Həmin kateqoriyadan