- Baxış sayı: 45
- 22 İyun 2026 12:01
- Baxış sayı: 108
- İyun 23, 2026
- 0

Dmitri Kozlovski ilə cütlük konkisürmədə çıxış edən rusiyalı fiqurlu konkisürən Aleksandra Boykova 2026-cı ildə İtaliyada keçiriləcək olimpiya oyunlarına buraxılmamasından sonra təqaüdə çıxmağı düşündüyünü etiraf edib. Allsport.az saytı xəbər verir ki, lakin o, maliyyə səbəblərinə görə fikrini dəyişib:
“Tətildə olduğumuz müddətdə olimpiadaya getməyəcəyimizi öyrəndik. Birinci və ikinci idmançıları göstərən sənəd göndərildi. May ayına qədər hamımız bilirdik ki, Saşa Qalliamov çox ciddi zədə alıb və çox güman ki, sentyabr ayına – Pekində keçiriləcək seçmə turnirinə qədər sağala bilməyəcək”.