“Ordu”nun kapitanı: “Autsayder qismində qatılmışdıq, amma finalda oynadıq”

Kişi voleybolçulardan ibarət “Ordu” klubu yüksək liqanın gümüş medalını qazanıb. Allsport.az saytı xəbər verir ki, mükafatlandırmadan sonra “hərbçilər”in kapitanı İlqar İmamquliyev sevincini bölüşüb:

“Çox gərgin 8 ay keçdi. Hər kəsə minnətdarlığımı bildirirəm. Çətin oldu, autsayder qismində qatılmışdıq, amma finalda oynadıq. Qələbəyə çox yaxınlaşdıq. Ancaq nə etmək olar, bu dəfə qismət deyilmiş.

Buna rəğmən, avrokuboka vəsiqə qazandıq. Nəticədən məmnunuq. Növbəti mövsümə də yer buraxmaq lazım idi. Ümid edirəm ki, gələn yüksək liqada çempion biz olacağıq”.

Həmin kateqoriyadan