Avropa çempionatında 2 medal

Polşanın Katovitse şəhərində şəxsi Avropa çempionatının son, 11-ci turunda Azərbaycan şahmatçılarının qarşıdurmasında qalib müəyyənləşməyib və Aydın Süleymanlı ilə Məhəmməd Muradlı xalı yarıya bölüblər. Son tura öndə qədəm qoyan Nicat Abbasov ağ fiqurlarla rumıniyalı Daniel Boqdanla heç-heçə edib.

Hərəyə 8,5 xal toplayan Azərbaycan şahmatçıları 2-4-cü yerləri bölüşdürüb. Nicatqitə çempionatını 2-ci, Aydın 3-cü, son Azərbaycan çempionu Məhəmməd Muradlı 4-cü olub. Hər 3 şahmatçı gələn il keçiriləcək dünya kubokuna vəsiqə qazanıb.

Xatırladaq ki, şəxsi Avropa çempionatı 2000-ci ildən keçirilir. Azərbaycana kişi şahmatçıların qitə çempionatında yeganə medalı 2005-ci ildə Teymur Rəcəbov qazandırıb. O, 2-ci yeri tutmuşdu.

Həmin kateqoriyadan