Korreaya sərt cəza

İspaniya kral futbol federasiyasının (RFEF) intizam komitəsi “Atletiko Madrid”in hücumçusu Anxel Korreanı 5 oyunluq diskvalifikasiya edib.

Allsport.az xəbər verir ki, argentinalı futbolçu la liqada “Xetafe” ilə oyunda rəqib müdafiəçi Dakonam Cenaya sərt qayda pozuntusundan sonra meydandan qovulub. Qarşılaşmanın baş hakimi Kuadra Fernandes Korreaya qırmızı vərəqə göstərdikdən sonra futbolçunu hakimi təhqir edib.

Oyundan sonra Korrea hakimdən, eləcə də komanda yoldaşlarından, məşqçilərindən və azarkeşlərdən üzr istəyib.

Həmin kateqoriyadan