- Baxış sayı: 40
- 25 Sentyabr 2026 23:20
- Baxış sayı: 124
- Sentyabr 29, 2026
- 0

Qazaxıstanın Almatı şəhərində “Müstəqil Dövlətlər Birliyinin (MDB) bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında saziş”in iştirakçısı olan dövlətlərin Bədən tərbiyəsi və idman şurasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda bizdən gənclər və idman nazirliyinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov və Strateji təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva iştirak ediblər.
Yığıncaqda Almatı şəhərində “Birliyin idman paytaxtları” dövlətlərarası proqramının həyata keçirilməsi, MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığının 2021-2030-cu illər üzrə İnkişaf strategiyasının və MDB çempionatlarının keçirilməsinə dair təqvim planının icrası, həmçinin Qırğız respublikasında IV MDB oyunlarının keçirilməsi və 2027-ci ildə “Birliyin idman paytaxtları” dövlətlərarası proqramının həyata keçirilməsi və digər məsələlər müzakirə edilib.