- Baxış sayı: 31
- 16 Mart 2026 16:39
- Baxış sayı: 222
- Mart 15, 2026
- 0

“Real Madrid”in ulduz hücumçusu Kilyan Mbappe dizindən zədələnib.
Allsport.az xəbər verir ki, fransalı mütəxəssislər tərəfindən aparılan müayinələr futbolçunun sol dizində bağların dartılmasını təsdiqləyib.
Tibbi heyət Mbappenin əməliyyat olunmasına ehtiyac görməyib və bərpa prosesinin konservativ müalicə üsulu ilə davam etdirilməsinə qərar verilib. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik dəqiq məlum deyil.
27 yaşlı forvard cari mövsümdə keçirdiyi 33 matçda 38 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.