Murad Musayev: “İndiki vəziyyətə görə ancaq özümüzü günahlandırmalıyıq”

“Sabah” ölkə kubokunun 1/4 finalının cavab görüşündə evdə “Səbail”ə 0:1 yenilib (ilk oyun – 2:3). Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Murad Musayev bunu söyləyib:

“Bütün oyun bizim üstünlüyümüz şəraitində keçdi. 90 dəqiqə ərzində rəqibi təzyiq altında saxladıq. Açıq oyunun getməsi üçün matçda erkən qol vurmalıydıq. Lakin əldə etdiyimiz qol fürsətlərini dəyərləndirə bilmədik.

Futbolçularımı qınamıram. Onlar bu gün sona kimi mübarizə apardılar. Ancaq indiki vəziyyətə görə ancaq özümüzü günahlandırmalıyıq. İlk oyunda qeydə alınan nəticə bu gün rəqibə özünü rahat hiss etməyə imkan verdi”.

Həmin kateqoriyadan