- Baxış sayı: 40
- 14 İyul 2026 20:45
- Baxış sayı: 110
- İyul 13, 2026
- 0

Keçmiş UFC çempionu İliya Topuriya erməni əsilli MMA döyüşçüsü Arman Tsarukyanla mümkün qarşılaşma barədə danışıb.
Allsport.az xəbər verir ki, Topuriya belə bir döyüşün təşkilində heç bir problem görmədiyini və qalib gələcəyinə əmin olduğunu bildirib:
“UFC-də sən gəlib “bu rəqiblə döyüşmək istəyirəm” demirsən. Onlar sənə zəng edir, rəqibin və döyüşün keçiriləcəyi yeri bildirirlər. Əgər mənə Arman Tsarukyanla döyüşməyi desələr, heç bir problem yoxdur.
Mən bu idmanın əfsanələri ilə döyüşmüşəm. Tsarukyan yaxşı döyüşçüdür, amma onu məğlub edəcəyəm və istədiyimi edəcəyəm. Mən 20 yaşımdan qara kəmər sahibiyəm. O mənə nə edə bilər? Məni parterə keçirməyə çalışacaq? Qarşılaşsaq, bacarığımı və gücümü hiss edəcək. O, təslim olacaq. O, yetişməmiş uşaqdır”.