- Baxış sayı: 70
- 15 Noyabr 2026 13:41
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Fransalı Siril Qan amerikalı Coş Hokitə qalib gələrək UFC-nin ağır çəkidə çempionluq titulunu qoruyub.
Allsport.az xəbər verir ki, Nyu Yorkda keçirilən döyüş beş raund davam edib və hakimlərin yekdil qərarı ilə Qanın qələbəsi ilə başa çatıb.
36 yaşlı fransalı idmançının hesabında qarışıq döyüş növləri (MMA) üzrə 15 qələbə və 2 məğlubiyyət var. 29 yaşlı Hokit isə karyerasında ilk dəfə uduzub. O, bundan əvvəl ardıcıl 10 qələbə qazanıb.