Titulunu sabiq UFC çempionuna qarşı qoruyacaq

Titulunu sabiq UFC çempionuna qarşı qoruyacaq

Həmzət Çimayev RAF yarım ağır çəkidə çempionluq kəmərini sabiq UFC çempionu Raşad Evansla döyüşdə qoruyacaq.

Allsport.az xəbər verir ki, qarşılaşma dekabrın 19-da Uniondeyl şəhərində keçiriləcək RAF-16 turnirində baş tutacaq.

47 yaşlı Evans üçün bu, RAF-də debüt olacaq. O, 2018-ci ildə UFC-də karyerasını başa vurub. Evans 2022-ci ildə “Eagle FC” turnirində Qabriel Çekkonu hakimlərin qərarı ilə məğlub edib.

Çimayev ötən həftə RAF-in yarım ağır çəkidə çempionluq kəmərini qazanıb.

Həmin kateqoriyadan