Həbsdən azad edildilər

Həbsdən azad edildilər

Rusiyalı MMA döyüşçüləri Usman və Umar Nurməhəmmədovlar BƏƏ-nin Əbu-Dabi şəhərində həbsdən azad ediliblər.

Allsport.az xəbər verir ki, tərəflər arasında barışıq əldə olunması və zərərçəkənlərin şikayətlərini geri götürməsi məhkəmənin qərarını dəyişməsinə səbəb olub.

Nəticədə altı aylıq həbs cəzası ləğv edilib, hər bir məhkumun cəriməsi isə 300 min dirhəmdən 150 min dirhəmə endirilib.

Hadisə noyabrın 11-də Əbu-Dabidəki “Hilton” mehmanxanasında Usman Nurməhəmmədovun ətrafı ilə gürcüstanlı döyüşçü Merab Dvalişvili və dostu Saba Lazişvili arasında baş verən kütləvi dava zamanı qeydə alınıb.

Həmin kateqoriyadan