- Baxış sayı: 46
- 06 Mart 2026 22:52
- Baxış sayı: 256
- Mart 05, 2026
- 0

“Qəbələ” transfer pəncərəsinin son günündə heyətinə daha bir futbolçu cəlb edib.
Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valensiyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.
Sonuncu komandası “Valensiyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi klubların formasını geyinib.
O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.