- Baxış sayı: 112
- 16 Mart 2026 23:12
- Baxış sayı: 173
- Mart 16, 2026
- 0

Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Niko Şlotterbek “Real Madrid”in maraq dairəsinə düşüb.
Allsport.az xəbər verir ki, Madrid klubu 26 yaşlı alman futbolçunu yayda heyətinə qatmağı planlaşdırır və bu transfer üçün 40-50 milyon avro ayırmağa hazırdır.
“Kral klubu”nun marağı fonunda Şlotterbek “Borussiya” ilə 2027-ci ildə başa çatacaq müqaviləsinin müddətini uzatmaq barədə danışıqları dayandırıb.
“Borussiya” futbolçunu saxlamaq üçün ona illik 14 milyon avro maaş və yeni müqavilədə 60 milyon avroluq sərbəstqalma maddəsi təklif edib.