- Baxış sayı: 28
- 11 Noyabr 2024 23:46
- Baxış sayı: 53
- Noyabr 11, 2024
- 0
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçında “Sevilya” “Fənərbağça”nı qəbul edəcək.
Allsport.az xəbər verir ki, görüş öncəsi liqada pis günlər keçirən Əndəlus komandasının idman direktoru Monçi açıqlamalar verib. “Fənərbağça” ilə oynayacaqları matçı dəyərləndirən Monçi, “Özünə inamı bərpa etməyin ən yaxşı yolu “Fənərbağça”nı məğlub etməkdir. Onlara qalib gəlməliyik” deyib.
“Sevilya”nın idman direktoru bildirib ki, son həftələrdə qazanılan pis nəticələrdən sonra azarkeşlərin reaksiyalarını anlayır, lakin vəziyyəti düzəldə biləcəyinə inanır. Vəzifəsindən istefa verməyəcəyini və mübarizəni davam etdirəcəyini bildirən Monçi vəziyyətini “Ən qatı düşmənim üçün dilədiyimdən daha çox əziyyət çəkirəm” sözlərindən istifadə edib.