- Baxış sayı: 116
- 29 May 2026 20:20
- Baxış sayı: 111
- May 26, 2026
- 0

“Sibir” hücumçusu Anton Berlevlə yolunu ayırıb.
Allsport.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.
31 yaşlı xokkeyçi ötən ilin noyabrından Novosibirsk komandasında çıxış edirdi. O, 19 oyun keçirib, bir məhsuldar ötürmə edib.
KHL-də Berlev “Torpedo” və “Admiral” üçün də oynayıb. O, 141 liqa oyununda 55 (19+36) xal toplayıb.