- Baxış sayı: 52
- 22 May 2026 11:29
- Baxış sayı: 69
- May 22, 2026
- 0

Məşhur rusiyalı fiqurlu konkisürən Yevgeniya Medvedeva yeməyə ədəbsiz dərəcədə çox pul xərclədiyini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı gözəlçə maliyyə məsələlərini müzakirə edən “Hesabımda” (“On My Account”) Yutub kanalının yeni bölümündə qonaq olub:
“Əsasən yeməyə pul xərcləyirəm. Məncə, yeməyə ədəbsiz dərəcədə çox pul xərcləyirəm. Çünki yeməyin həm gözəl, həm də sağlam olması mənim üçün vacibdir. Məsələn, həqiqətən dadlı və gözəl pomidor istəyirsinizsə – və mən pomidorları sevirəm və çox yeyirəmsə… hər şeyi fermadan sifariş etməyə çalışıram.
Bəzən yemək bişirmək üçün çox tənbəl oluram. Taksiyə minirsiniz, içəri girirsiniz, restorana gedirsiniz və orada yaxşı yemək yeyirsiniz – çox güman ki, tək deyil, dostlarınızla, ananızla. Deyəsən, pulumun çox hissəsini xərclədiyim şey – taksi və yeməyədir”.