- Baxış sayı: 53
- 15 May 2026 13:04
- Baxış sayı: 40
- May 15, 2026
- 0

Kanada millisi dünya çempionatının ilk oyununda İsveçi məğlub edib. Allsport.az saytı xəbər verir ki, oyun 5:3 hesabı ilə başa çatıb.
Qalib komandadan qollarını Con Tavares (3-cü dəqiqə), Rayan O’Reyli (16-cı), Dilan Hollovey (35-ci), Konnor Braun (44-cü) və Dilan Kozens (53-cü) vurublar.
İsveçdən Yakob Larsson (29-cu), Lukas Raymond (32-ci) və Mattias Ekholm (36-cı) fərqləniblər.