- Baxış sayı: 44
- 04 Sentyabr 2026 14:51
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək “Sviss open” beynəlxalq turnirində mübarizə aparacaqlar.
Allsport.az xəbər verir ki, yarışda ölkəmizi Xıdır Məmmədov (54 kq), Fuad Məhərləmli (63 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) təmsil edəcəklər.
İdmançılar səfərə milli komandanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında yollanıblar.
Turnir sentyabrın 6-da start götürəcək.