Fransa qran prisində mübarizə aparacaq

Fransa qran prisində mübarizə aparacaq

Azərbaycan taekvondoçusu Həşim Məhəmmədov Parisdə keçiriləcək dünya taekvondo qran prisində iştirak edəcək.

Allsport.az xəbər verir ki, idmançımız böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında yarışda iştirak etmək üçün Fransaya yola düşüb.

58 kq çəki dərəcəsində mübarizə aparacaq Məhəmmədov oktyabrın 9-da tatamiyə çıxacaq.

Beynəlxalq dərəcəli referi Aygül Abdullayeva isə turnirdə ölkəmizi hakim qismində təmsil edəcək.

Oktyabrın 8-dən 11-dək keçiriləcək Paris qran prisi olimpiya reytinq xalları qazandıran mühüm yarışlardan biridir.

Həmin kateqoriyadan