- Baxış sayı: 47
- 04 Sentyabr 2026 19:25
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Azərbaycan karateçiləri İstanbulda keçirilən “Türkiyə open” beynəlxalq karate turnirində iki gümüş medal qazanıblar.
Allsport.az xəbər verir ki, 27 ölkədən 1100-ə yaxın idmançının qatıldığı yarışda “Qaraqaplan karate klubu”nun üzvü Qəhrəman Rzaquliyev 12-13 yaş, 45 kq çəki dərəcəsində 5 görüş keçirərək finala yüksəlib.
Asiman Qurbanlının rəhbərliyi altında çıxış edən Rzaquliyev həlledici görüşdə Özbəkistan təmsilçisinə məğlub olaraq gümüş medalla kifayətlənib.
“Arpaçay karate klubu”nun idmançısı Ömər Məmmədrəhimov isə kata üzrə 16-17 yaş kateqoriyasında finala yüksələrək ikinci yeri tutub. Onun şəxsi məşqçisi Roman Heydərov, milli komandanın baş məşqçisi isə Vüqar Kərimovdur.
Beləliklə, Azərbaycan təmsilçiləri “Türkiyə open” turnirini iki gümüş medalla başa vurublar.