Taekvondoçularımız İordaniyada hazırlıq keçir

Taekvondoçularımız İordaniyada hazırlıq keçir

Azərbaycanın taekvondo üzrə milli komandasının üzvləri Qaşim Maqomedov və Fuad Məhərləmli İordaniyada təlim-məşq toplanışındadır.

Allsport.az xəbər verir ki, hazırlıq prosesi böyüklərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında keçirilir.

Toplanış Astanada təşkil olunacaq qran pri turnirinə hazırlıq məqsədi daşıyır.

İordaniyadakı təlim-məşq toplanışına noyabrın 21-də yekun vurulacaq.

Sözügedən yarışda Azərbaycanı Qaşim Maqomedov (58 kq) təmsil edəcək.

Həmin kateqoriyadan