Serbiyada 2 medal

Serbiyada 2 medal

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandası Belqradda keçirilən “Serbiya açıq” beynəlxalq turnirini uğurla başa vurub.

Allsport.az xəbər verir ki, yığmamızın üzvləri yarışda iki medala sahib çıxıblar.

Kişilər arasında 63 kq çəki dərəcəsində mübarizə aparan Qaşim Maqomedov bütün rəqiblərini üstələyərək turnirin qızıl medalını qazanıb.

Qadınların mübarizəsində isə 46 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Minayə Əkbərova fəxri kürsüyə qalxaraq bürünc medala yiyələnib.

Həmin kateqoriyadan