- Baxış sayı: 39
- 14 İyul 2026 16:16
- Baxış sayı: 103
- İyul 13, 2026
- 0

Dünya Parataekvondo Federasiyası yeni dünya reytinqini açıqlayıb.
Allsport.az xəbər verir ki, Azərbaycanın Paralimpiya çempionu İmaməddin Xəlilov 70 kq çəki dərəcəsində 495,75 xalla liderliyini qoruyub.
58 kq çəki dərəcəsində çıxış edən Paralimpiya Oyunlarının bürünc mükafatçısı Sabir Zeynalov isə iyun ayında iştirak etdiyi iki turnirdə qazandığı iki qızıl medal sayəsində reytinqini 381,15 xala yüksəldib. O, bir pillə irəliləyərək ikinci sıraya yüksəlib
63 kq çəki dərəcəsində Amin Əliyev 52,91 xalla bir pillə irəliləyərək 21-ci yerə yüksəlib. Amin Şıxalıyev 39,71 xalla 23-cü pillədə qərarlaşıb.
80 kq çəki dərəcəsində mübarizə aparan Orxan Cəfərov isə 45,83 xalla 24-cü yerdəki mövqeyini qoruyub.
Qadınların 47 kq çəki dərəcəsində çıxış edən Səmayə Həsənova da irəliləyişə nail olub. O, 42,32 xalla iki pillə yüksələrək reytinqdə 20-ci sıraya yerləşib.