- Baxış sayı: 53
- 05 Avqust 2026 12:03
- Baxış sayı: 149
- Avqust 05, 2026
- 0

31 iyul – 2 avqust tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi open” beynəlxalq turnirində Azərbaycan taekvondo federasiyasının klubları uğurla çıxış ediblər.
Allsport.az xəbər verir ki, təmsilçilərimiz yarışda 8 qızıl, 6 gümüş və 8 bürünc olmaqla ümumilikdə 22 medal qazanıblar.
Qızıl medallara Ayan Əliyeva (27 kq, “Masallı” TK), Dərya Hüseynova (30 kq, “İrəvan” TK), Fidan Qəfərova (33 kq, “Mübariz” TK), Əsəd Rada (44 kq, “Mübariz” TK), Rüqəyya Hümbətli (51 kq, “Mübariz” TK), Səbrin Bayramova (52 kq, “Abşeron” TK), Harun Salmanzadə (58 kq, “Mübariz” TK) və Gülnaz Abdullazadə (59 kq, “Cəsur” TK) sahib çıxıblar.
Gümüş medalları Ümid Şahbazov (41 kq, “Neftçi” İK), Ülvi Məmmədov (45 kq, “Ağsu” TK), Zeyd Sadıxov (45 kq, “Mübariz” TK), Esmanur Azayeva (47 kq, “Neftçi” İK), Fərid Xəlimov (48 kq, “Mübariz” TK) və Fatimə Ramazanlı (55 kq, “Abşeron” TK) qazanıblar.
Bürünc medallara isə Ümid Aslanov (25 kq, Göygöl İK), Esma Abdullazadə (29 kq, “Ümid” TK), Əhməd Mürvətov (33 kq, “Neftçi” İK), Yaqut İsmayıllı (33 kq, “Abşeron” TK), Nazlı Hacıyeva (37 kq, Göygöl), Malikəjdər Qalabəyov (41 kq, “Mübariz” TK), Elgün Məmmədli (49 kq, “Ümid” TK) və Cavad Heydərli (53 kq, “Masallı” TK) layiq görülüblər.