- Baxış sayı: 91
- 05 Avqust 2026 22:33

- Baxış sayı: 73
- Avqust 20, 2026
- 0


Gənclər arasında yay olimpiya oyunlarına hazırlıq çərçivəsində Azərbaycan və Türkiyənin taekvondo milliləri Anqara şəhərində birgə təlim-məşq toplanışında iştirak edirlər.
Allsport.az xəbər verir ki, Zəhra İsayeva (44 kq) və Adil Əliyev (73 kq) yığmanın məşqçisi Elnur Amanovun rəhbərliyi altında Türkiyənin olimpiya komandası ilə birgə məşqlərə qatılaraq Dəkər-2026-ya hazırlığı davam etdirirlər.
Birgə hazırlıq zamanı Türkiyə taekvondo federasiyasının prezidenti Bəxri Tanrıqulu məşqi ziyarət edərək hər iki ölkənin məşqçi və idmançılarına uğurlar arzulayıb.
Görüşdə federasiyalar adından qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib. Məşqlər avqustun 26-dək davam edəcək.